“Barselona”nı tərk etdi

27.01.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Mark-Andre ter Ştegen mövsümün qalan hissəsini “Barselona”da keçirməyəcək. Almaniyalı qapıçısı komandasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, Kataloniya klubu ilə “Jirona” arasında onun icarəsi ilə bağlı razılıq əldə olunub. Müqavilə iyunun 30-dək qüvvədə olacaq.
“Marka”nın məlumatına görə, hər hansı gözlənilməz problem yaranmasa, Ter Ştegen La Liqanın 21-ci turunun “Xetafe” ilə oyununda “Jirona”nın heyətində meydana çıxa bilər.
İcarə müddətində futbolçunun maaşının böyük hissəsini “Barselona” ödəyəcək. Buna səbəb “Jirona” üçün qapıçının illik 17 milyon avro məvacibinin ağır olmasıdı.
Yeri gəlmişkən, Pedro Fernandes arzuolunmaz vəziyyətə düşüb. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçunun əsas komanda ilə məşq etməsini qadağan edib. 18 yaşlı yarımmüdafiəçiyə indi “Barselona”nın məşq mərkəzində, sadəcə, fərdi məşq etməyə icazə verilib. Onun komanda ilə məşqinə qadağa qoyulmasının səbəbi isə hələlik məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin Pedro ilə maraqlandığı və bu komandanın baş məşqçisi Luis Enrikenin şəxsən onu sərəncamında görmək istədiyi haqda xəbərlər yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью