Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın “Barselona” klubunun akademiyasında çıxış edən 14 yaşlı Fode Diallo mövsüm ərzində vurduğu qollarla diqqət çəkib.
Apasport.az xəbər verir ki, Qvineya əsilli futbolçu cari mövsümdə 30 oyunda 96 dəfə fərqlənib.
İspaniyada doğulan Diallo 2019-cu ildə “Barselona”nın akademiyası “La Masia”ya qoşulub.
Onun aşağı yaş qruplarında göstərdiyi nəticənin Takefusa Kubo, Lamin Yamal, Lionel Messi və Ansu Fatinin həmin yaşda qeydə alındığı göstəricilərdən üstün olduğu bildirilir.
14 yaşlı futbolçuya “Barselona”da artıq “yeni Eto” ləqəbinin verildiyi bildirilir.
Türkiyə – Fransa matçına alman hakim Sinqo sağalmaq bilmir – “Barselona” matçını da buraxacaq Mbappe millinin məşqində iştirak etmədi Tedesko "Borussiya" yolunda “Arsenal” Arteta ilə razılığa gəldi – Yeni müqavilə imzalanacaq