“Barselona”nın 80 milyonluq arzusu İdman və Biz

26.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Barselona”nın yay transfer planları bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda futbolçu satışından qazanmaq arzusundadır.

Klub rəhbərliyi qışda heç bir futbolçusu ilə vidalaşmamaq, yayda isə 80 milyon avro qazanc əldə etməyi planlaşdırır. La Liqa təmsilçisi bu məbləği toplamaq üçün mərkəz müdafiəçiləri və yarımmüdafiəçilərindən bəzilərini satmağa hazırdır. Artıq təkliflərin nəzərdən keçirilməsinə də start verilib.

Qeyd edək ki, klub rəhbərliyinin vidalaşmaq istədiyi oyunçulardan biri Ansu Fatidir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью