Barselonanın ağır günləri qayıdır

16.12.2024

Icma.az, News24 saytına istinadən bildirir.

"Barselona" iştirak etdiyi bütün turnirləri nəzərə almaqla son 6 oyunda 13 xal itirib.

News24.az xəbər verir ki, komanda yenə zəif çıxışı ilə azarkeşlərini məyus edib.

Mütəxəssislər, artıq komandanın oyunçularından çox şey gözləmirlər. 

Ötən gün La Liqanın 18-ci turunda "Leqanes"i qəbul edən "Barselona" elə 4-cü dəqiqədə buraxdığı qola görə meydandan məğlub ayrılıb. 

Beləliklə, komanda 38 xalla "Atletiko Madrid"lə 1-2-ci yerləri bölüşdürür. 3-cü pillədə qərarlaşan "Real"dan isə cəmi 1 xal irəlidədir.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью