Barselonanın baş məşqçisi: Bu, qəbuledilməzdir, çox məyus olmuşam

08.12.2024

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 16-cı turunun "Betis"lə(2:2) oyunu haqda fikirlərini bölüşüb.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının səfərdə qalib gələ bilməməsini bu cür şərh edib:

"Qələbə qazanmağa ehtiyacımız var idi. Ancaq yalnız qol buraxdıqdan sonra normal futbol nümayiş etdirməyə başladıq. Bu, qəbuledilməzdir, çox məyus olmuşam. Görüş zamanı liderlərə istirahət verdim. Çünki qarşıda Çempionlar Liqası matçımız var. Artırmaq lazımdır. Çünki “Betis”ə qarşı oyunumuz alınmadı və çox qaçmalı olduq".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью