“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

14.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində İstanbulda “Qalatasaray”la II tur oyunundan sonra keçirilən mətbuat konfransına gecikib.

AZƏRTAC xəbər verir ki, buna almaniyalı mütəxəssisin stadionda gözlənilməz problemlə üzləşməsi səbəb olub. Belə ki, Flik stadionun otaqlarından birində bağlı qapı arxasında qalıb. Mühafizəçilər onu otaqdan çıxarmaq üçün açarı uzun müddət axtarıblar. Nəticədə baş məşqçi mətbuat konfransına vaxtında çata bilməyib.

Qeyd edək ki, “Qalatasaray” – “Barselona” qarşılaşması Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью