“Barselona”nın “Camp Nou”ya qayıdacağı tarix müəyyənləşib

06.08.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"  bu ilin payızında əfsanəvi "Camp Nou"ya qayıdacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, şəhər şurası arenanın lisenziyalaşdırılmasına razılıq verib və stadionda müvəqqəti ot örtüyünün quraşdırılması mərhələsi başa çatıb. Təmir qrafikə uyğun başa çatsa, Kataloniya təmsilçisi ev oyunlarını "doğma divarlar" arasında keçirəcək. Yekun tarix avqustda elan olunacaq.

Qeyd edək ki, arenanın yenidən qurulmasına 2022-ci ildə başlanılıb. Bu müddət ərzində komanda ev oyunlarını Lüis Kompanisin adını daşıyan Olimpiya stadionunda keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью