“Barselona”nın çempionluq paradına 670 min adam qatıldı Video

17.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" ötən gün Kataloniyada çempionluq paradı keçirib.

QOL.az xəbər verir ki, futbolçular və məşqçilər heyəti ikimərtəbəli avtobusda şəhər küçələrini gəziblər.

RTVE-nin yaydığı məlumata görə, 2024/25 mövsümündə komandanın üç kubok qazanmasını qeyd etmək üçün təxminən 670 min insan şəhərin küçələrinə axışıb.

Qeyd edək ki, 2 gün əvvəl “Barselona” “Espanyol”u məğlub edərək (2:0) mövsümün bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində 28-ci La Liqa qalibiyyətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью