Barselonanın danimarkalısı İspaniyanı İtaliyaya dəyişir

02.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

"Barselona"nın müdafiəçisi Andreas Kristensen İspaniya çempionatını İtaliya A Seriyasına dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Mənbənin məlumatına görə, danimarkalı futbolçu ilə İtaliyanın iki aparıcı klubu maraqlanır. Söhbət Turin "Yuventus"u və Milan "İnter"indən gedir. 

Kristensen və Kataloniya klubu arasında hazırki müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq. 

"Transfermarkt" 28 yaşlı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir. 

Qeyd edək ki, Andreas zədə səbəbindən İspaniya çempionatının bu mövsümündə cəmi bir oyun keçirib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью