Barselonanın Dyökereşlə bağlı planları dəqiqləşdi

26.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın "Barseona" klubunun Lİssabon "Sportinq"inin hücumçusu Viktor Dyökereşlə bağlı planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Xəbərə görə, "blauqrana" İsveç millisinin forvardı üçün 70 milyon avro ödəməyə hazırdır. Mənbə "Barsa" rəhbərliyinin Viktoru bu yay transfer etməyi və 36 yaşlı hücumçusu Robert Levandovskinin klubla müqaviləsinin müddəti başa çatana qədər "Sportinq"ə icarəyə verməyi hədəflədiyini vurğulayıb.

Qeyd edək ki, 26 yaşlı Dyökereş cari mövsüm bütün turnirlərdə 19 matça çıxaraq 24 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью