Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"a qarşı keçiriləcək oyunda meydana çıxa bilər.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.
PSJ ilə qarşılaşmada (2:4) sol bud əzələsindən zədələnən 28 yaşlı futbolçunun bərpa prosesi yaxşı gedir. Kataloniya klubunun tibbi heyəti onun noyabrın 22-də "Vilyarreal"la keçiriləcək La Liqa matçına qədər hazır olacağına ümidlidir. Olmonun həmin qarşılaşmada meydana çıxması gözlənilir.
Qeyd edək ki, "Vilyarreal"la oyundan sonra "Barselona" Çempionlar Liqasında "Sabah"la qarşılaşmaq üçün Bakıya səfər edəcək. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.