“Barselona”nın fan şopundan EKSKLÜZİV

17.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Futbolpress.az” Azərbaycan millisinin Andorra ilə oyunundan sonra İspaniyanın Barselona şəhərində səfərdə bu dəfə “Kataloniya təmsilçisinin rəsmi fan-şopuna baş çəkərək oradakı yeniliklər və mövcud qiymətlərlə tanış olub.

“Barselona”nın rəsmi mağazasında klub atributlarına və geyimlərinə böyük maraq müşahidə olunur. Hazırkı qiymət cədvəlinə əsasən, komandanın orijinal oyun forması 171 avroya təklif edilir. Məşq formalarının qiyməti 70 avro, azarkeşlər üçün nəzərdə tutulan formalar modelindən asılı olaraq 70–150 avro aralığında dəyişir. Fan-şopda satışa çıxarılan futbol toplarının minimum qiyməti isə 32 avrodan başlayır.

“Barselona”nın rəsmi fan-şopundan hazırlanan özəl görüntüləri buradan izləyə bilərsiniz.

Futbolpress.az

Barselona, İspaniya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью