Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Barselona” futbolçusu Ansu Fatinin məşq zamanı sağ budunun ikibaşlı əzələsi zədələnib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ispaniyalı hücumçunun bərpası üçün 4 həftə vaxt lazım olacaq.
O, La Liqada “Selta”, “Las-Palmas” və “Betis”ə, həmçinin Çempionlar Liqasında “Brest” və Dortmund “Borussiya”sına qarşı oyunları buraxacaq.
Qeyd edək ki, Fati sentyabrın ortasında yayda aldığı zədədən sonra məşqlərə geri dönmüşdü.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.