“Barselona”nın futbolçusu “Bavariya” ilə oyunu buraxa bilər

21.06.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin III turunda sabah “Bavariya” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisi Dani Olmo görüşü buraxa bilər. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Olmo bir müddətdir zədəlidir. 26 yaşlı yarımmüdafiəçi məşqlərə başlasa da, məşqçilər korpusu onu risk etmək istəmir. Bu səbəbdən Olmonun “Bavariya” ilə matçda oynamağı sual altındadır.

Sabah keçiriləcək “Barselona” – “Bavariya” oyunu saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью