“Barselona”nın futbolçusu Bundesliqada çıxış edə bilər KONKRET

18.02.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati Almaniya Bundesliqasında çıxış edə bilər.

KONKRET.az “Todofichajes.com”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Borussiya”dan (Dortmund) aldığı transfer təklifinə müsbət yanaşıb.

Kataloniyalıların heyətində yetərincə meydana çıxmaq şansı qazanmayan futbolçu Dortmund klubunda işlərinin qaydasında gedəcəyini düşünür.

Keçidin yay “transfer pəncərəsi”ndə baş tutması gözlənilir. “Barselona” rəhbərliyi Ansu Fatinin komandadan ayrılmasının əlehinə deyil.//Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью