Barselonanın futbolçusu əməliyyat olundu

19.11.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın futbolçusu Andreas Kristensen əməliyyət olunub. 

QOL.az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb. 28 yaşlı danimarkalı müdafiəçi hər iki ayağının vətərlərindən əməliyyat olunub. Onun yaşıl meydanlara qayıdışı yanvarın sonu olacağı ehtimal edilir. 

Qeyd edək ki, Andreas Kristensen avqustda zədələnib. O, bu mövsüm "Barselona"nın heyətində 1 oyuna çıxıb. Müdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью