“Barselona”nın futbolçusu italyanların “radar”ında

03.12.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın futbolçusu Andreas Kristensen qış fasiləsində klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, İtaliyanın "Yuventus" və "İnter" klubu müdafiəçinin xidmətində maraqlıdır.

Bu barədə Canluka Di Marzio məlumat yayıb.

A Seriyası klubları oyunçunun durumunu yaxından izləyir. Hazırda zədəli olan Kristensenin ayın sonuna qədər yaşıl meydanlara qayıdacağı gözlənilir.

Andreas "Barselona"da 75 oyunda 4 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью