“Barselona”nın futbolçusu millidə zədələndi

21.03.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İspaniya yığması UEFA Millətlər Liqasının 1/4 finala vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyununda Niderlandla üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, görüşün 41-ci dəqiqəsində ispanların müdafiəçisi Pau Kubarsi zədələnib. O, Din Heysen ilə əvəzlənib.

Kubarsinin cavab görüşündə iştirak etməyəcəyi gözlənilir. O, “Barselona”nın düşərgəsinə qayıdacaq.

İspaniya yığması Niderlandla heç-heçə edib (2:2). Cavab oyunu martın 23-də olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью