Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu sıradan çıxdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez zədə səbəbindən sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çempionlar Liqasının 5-ci turunda “Çelsi” ilə oyunda zədələnən 22 yaşlı futbolçunun sağ ayaq əzələsində problem aşkarlanıb. Matçın 62-ci dəqiqəsində əvəzlənən oyunçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxan gənc ulduz 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.