Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Barselona”nın futbolçusu sıradan çıxdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Barselona”nın sağ cinah müdafiəçisi Xavi Espart zədələnib.
QOL.az xəbər verir ki, o, İspaniya La Liqasının 10-cu turunda “Real”la keçirilən oyunda (1:2) xəsarət alaraq 30-cu dəqiqədə meydanı tərk edib.
Klubun mətbuat xidməti futbolçunun durumu barədə məlumat yayıb.
Müayinələr nəticəsində Espartın rəqib futbolçu ilə toqquşma zamanı sağ topuq nahiyəsində sindesmoz zədəsi aldığı müəyyənləşib. Onun təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.