Barselonanın futbolçusu zədə səbəbindən növbəti turu buraxacaq

23.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal zədə səbəbindən La Liqada növbəti turun oyununda iştirak edə bilməyəcək.

"Report" "Barca News Network"a istinadən xəbər verir ki, o, XIV turda "Selta"ya qarşı matçı buraxacaq.

17 yaşlı futbolçuya topuğunun əzilməsi diaqnozu qoyulub.

Qeyd edək ki, "Selta" - "Barselona" görüşü noyabrın 24-də keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью