Barselonanın futbolçusu zədəsini sağaldıb

07.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal zədəsini sağaldıb və İspaniya Superkubokunun yarımfinal mərhələsində "Atletik"lə (Bilbao) oyunda meydana çıxa bilər.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında kataloniyalıların baş məşqçisi Hans-Diter Flik bildirib.

17 yaşlı futbolçu İspaniya La Liqasının XVII turunda "Leqanes"lə matçda zədələnmişdi.

Qeyd edək ki, L.Yamal bu mövsüm "Barselona"nın heyətində ümumilikdə 21 oyun keçirib və 6 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью