Barselonanın futbolçusunun zədəsi sağalıb

10.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın “Barselona” klubunun futbolçusu, yayda aldığı zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalan Ronald Arauxo sağalıb.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun adı komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda sabah baş tutacaq “Borussiya” (Almaniya) ilə matçın sifariş ərizəsinə salınıb.

Uruqvaylı müdafiəçinin Almaniya klubu ilə matçda meydana çıxmaq ehtimalı var.

Qeyd edək ki, Uruqvay yığmasının üzvü yayda ABŞ-də keçirilən Amerika Kubokunun 1/4 finalında, Braziliya ilə matçda zədələnmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью