“Barselona”nın gənc istedadı A Seriyasında

29.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona”nın futbolçusu Toni Fernandes karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi “Venetsiya” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

A Seriyası klubu Toni üçün 4 milyon avro transfer haqqı ödəyəcək. “Barselona” oyunçunun sonrakı satışından 50 faizlik gəlir əldə edəcək.

Fernandes “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında bir oyuna çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью