“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində

16.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində

“Portu” və “Ştutqart” “Barselona”nın hücumçusu Runi Bardji ilə maraqlanır.

QOL.az xəbər verir ki, Portuqaliya və Almaniya klubları “Barselona”nın 20 yaşlı isveçli hücumçusunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır. Məlumata görə, katalon klubunun baş məşqçisi Hans-Diter Flik bu ideyanı dəstəkləmir və Bardjinin ən azı cari mövsümün sonuna qədər komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, Bardji ötən yay “Barselona”ya keçib və indiyə qədər klub üçün 9 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью