“Barselona”nın gənc ulduzu rekord qırdı

02.09.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın gənc futbolçusu Lamin Yamal La Liqada XXI əsrin ən gənc penaltidən qol vuran oyunçusu olub.

Milli.Az xəbər verir ki, 18 yaş 49 günlük Yamal "Rayo Valyekano" ilə III tur matçının 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Oyun 1:1 hesabı ilə başa çatıb.

"Barselona" sentyabrın 14-də "Valensiya" ilə qarşılaşacaq. Görüş saat 21:00-da başlayacaq.

Asya
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью