“Barselona”nın gənc ulduzu zədələndi

13.11.2024

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqa klublarından “Barselona”da çıxış edən Ansu Fati zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilən təlim-məşq toplanışı zamanı futbolçunun sağ ayağının bud əzələsində zədə aşkarlanıb.

Klub açıqlamasında bildirib ki, 22 yaşlı oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, ispaniyalı hücumçu bu mövsüm bütün turnirlər daxil 7 matçda cəmi 158 dəqiqə meydanda olub.

Batşuayi dələduzluğa məruz qalıb - 7 milyon ziyana düşdü “Atletiko Madrid" keçmiş futbolçusunu qaytarmaq istəyir “Real”ın gənc futbolçusu karyerasını bitirib Portuqaliya millisinin misirli futbolçusu La Liqa nəhənginin hədəfində "Liverpul" Salahla razılaşa bilmir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью