“Barselona”nın gənc yarımmüdafiəçisi debüt edə bilər

29.10.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Barselona” futbol klubunun baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının qarşıdakı turunda “Alaves”lə oyunda Brayan Farinasa şans verə bilər.

İdman.Biz xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu matçda özünə yad olan sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilər. Kataloniya klubunda Xavi Espart, Erik Qarsiya və Jül Kunde zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Farinas hələ “Barselona”nın əsas komandasında rəsmi oyunlarda iştirak etməyib. Bununla belə, o, mövsümöncəsi “Birminqem”lə görüşdə sağ cinah müdafiəçisi mövqeyində sınaqdan keçirilib.

“Barselona” - “Alaves” matçı oktyabrın 31-də keçiriləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью