“Barselona”nın hədəfində o var

03.05.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Barselona” “Bayer”də çıxış edən sol cinah müdafiəçisi Alexandro Qrimaldonu transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qrimaldo bu mövsüm Leverkuzen klubunda 45 oyuna çıxaraq 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Transferin reallaşması üçün “Barselona”nın “Bayer”lə danışıqlara başlaması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью