“Barselona”nın hücumçusu İngiltərəyə yollana bilər

19.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Aston Villa" 25 yaşlı ispaniyalının xidmətində maraqlıdır. Birmingem klubu İspaniya millisinin futbolçusu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır. Ferran artıq 2020-2022-ci illərdə "Mançester Siti"nin heyətində Premyer Liqada çıxış edib.

Qeyd edək ki, Ferran bu mövsüm 45 oyunda meydana çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью