Barselonanın hücumçusu zədəsini sağaldıb

21.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İspaniya təmsilçisi "Barselona"nın hücumçusu Robert Levandovski zədəsini sağaldaraq ümumi komanda ilə birgə məşqlərə başlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, La Liqanın XIV turunda "Selta"ya qarşı matçda forma geyinə bilər.

Polşalı hücumçu daha əvvəl bel nahiyəsindən zədə almışdı.

Qeyd edək ki, R.Levandovski cari mövsüm 17 oyunda 19 qol vurub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью