“Barselona”nın hücumçusuna təklif var İdmanXəbər

23.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Barselona”nın futbolçusu Vitor Roke karyerasını Braziliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Palmeyras”la danışıq aparır. Brazliya klubu Roke üçün 20 milyon avro ödəməyə hazırdır.

Oyunçu hazırda icarə əsasında “Betis”də çıxış edir.

19 yaşlı hücumçu cari mövsüm 23 matçda 6 qol vurub və 1 asist edib. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью