“Barselona”nın İspaniya çempionatında doğma meydanda hegemonluğu

28.08.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 avqust, AZƏRTAC

“Barselona” 2025/26 mövsümünün startından etibarən İspaniya çempionatının matçlarında doğma meydanında qüsursuz çıxış nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu müddət ərzində kataloniyalılar İspaniya çempionatında doğma azarkeşləri qarşısında 20 oyun keçirib və bütün qarşılaşmalarda qələbə qazanıblar. “Barselona” bu matçların heç birində xal itkisi ilə üzləşməyib. Bu oyunlarda komanda müsbət 49 top fərqi də yaradıb.

Qeyd edək ki, 20-ci qələbəsini “Barselona” avqustun 27-də qazanıb. Kataloniya təmsilçisi çempionatın 1-ci turunda doğma meydanında Bilbao “Atletik”ini 2:0 hesabı ilə məğlub edib. Ev sahibi qarşılaşma boyu oyunun gedişinə nəzarət edib. Qollara 37-ci dəqiqədə Rafinya, 82-ci dəqiqədə isə Fermin Lopes imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью