Barselonanın istədiyi ulduz futbolçunun adı bilindi

11.01.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Barselona" "Mançester Yunayted"in vingeri Markus Raşfordu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Barselona" Raşfordu cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Raşfordun agenti və klub arasında ilkin görüş baş tutub. Oyunçu özü də "Barselona"ya transfer olunmasına razılıq verib. Raşfordun maaşı 10 milyon avrodur. Futbolçu "Barselona"ya keçmək müqabilində mövsümün qalan yarısı üçün 5 milyon avronun 2 milyonundan imtina etməyə hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью