“Barselona”nın polşalı qolkiperindən unikal göstərici

06.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" ilə ilk oyununda (1:0) qapısını "quru" saxlayan "Barselona"nın polşalı qapıçısı Voyçex Şesni qapıçılar arasında unikal nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu qarşılaşmada Şesni səkkiz seyv edib ki, bu da ən azı 2003/2004-cü il mövsümündən - statistik məlumatların toplanmasının başlanğıcından bəri Çempionlar Liqasında qol buraxmayan matçlarda bütün qapıçılardan çoxdur.

Qeyd edək ki, ümumilikdə, bu mövsüm "çərçivə qoruyucusu" bütün turnirlərdə 14 matçda iştirak edib və 13 qol buraxıb. Bundan əlavə, polyak səkkiz görüşdə qol buraxmadan qapısından ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью