“Barselona”nın “Preston”la planlaşdırılan oyunu baş tutmayacaq

02.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Barselona” futbol komandasının İngiltərənin “Preston” komandası ilə yoxlama görüşü baş tutmayacaq.

İdman.Biz xəbər verir ki, Çempionşip təmsilçisinin əsas komandasında qarşılaşmanın keçirilməsi üçün kifayət qədər futbolçu olmadığı bildirilir.

“Preston” rəhbərliyi oyunda klubun U-21 komandasının iştirak etməsini təklif edib. Lakin Kataloniya təmsilçisi bu variantla razılaşmayıb.

Komandalar arasında görüşün 3 avqustda İngiltərədəki “Sent Corcs Park” bazasında azarkeşlərə qapalı keçirilməsi nəzərdə tutulurdu.

“Barselona” İngiltərədəki ilk yoxlama matçında “Birmingem Siti” ilə əsas vaxtda 2:2 hesablı heç-heçə edib və penaltilər seriyasında 2:3 hesabı ilə uduzub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью