“Barselona”nın prezidenti: “Bakıda olmaqdan məmnunuq”

25.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona" ruhunu dünyanın hər yerində hiss etmək mümkündür. Bu, bizə güc verir.
Bizim.Media “Marca” nəşrinə istinadən xəbər verir ki, bu sözləri İspaniya təmsilçisi “Barselona”nın prezidenti Joan Laporta UEFA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda “Sabah”la oyunöncəsi klubun direktorları ilə görüşü zamanı deyib.
Funksioner Bakıda olmaqdan məmnunluğunu ifadə edib:
“Bakıda “Barselona” azarkeşləri ilə görüşdüm. Dünyanın dörd bir yanındakı fanatlarımızla fəxr edirik. Bu, bizə "Barselona"nı daha da gücləndirmək və tanıtmaq istiqamətində çalışmağa davam etməyə kömək edir. Bu onu göstərir ki, "Barselona" təkcə futbol dünyasında deyil, ümumilikdə bütün dünyada mühüm yer tutur".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью