Barselonanın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb

17.11.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda səfərdə olan İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

"Report"un məlumatına görə, 62 yaşlı funksioner "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.
FOTO: Məhəmməd Ağayev

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью