“Barselona”nın prezidenti Joan Laporta Azərbaycana gəlib

01.03.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Barselona” klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edib.

İdman.biz Haqqın.aza istinadən xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib.

Onun səfərinin məqsədi ölkəmizdə yeni akademiyanın yaradılmasıdır. La Liqa təmsilçisi yerli investorları da bu işə cəlb etmək niyyətindədir. Laporta Azərbaycana "Barselona"nın direktorları Joan Soler və Xavyer Puiqlə gəlib.

Qeyd edək ki, Laporta 2024-cü ilin noyabrında da Bakıda səfərdə olub. O, COP29 çərçivəsində ölkəmizə gəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью