“Barselona”nın prezidenti klubları Superliqanı tərk etməyə çağırıb

09.10.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın prezidenti Joan Laporta Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə əlaqələrin qurulduğunu açıqlayıb və klubları quruma qayıtmağa çağırıb.

İdman.Biz xəbər verir ki, hazırda "Barselona" və "Real Madrid" Superliqanın rəsmi üzvləridir.

"Naser (Əl-Xelaifi) (Superliqaya qarşı çıxan PSJ prezidenti – Red.) ilə çox yaxşı münasibətimiz var. "Barselona" Avropa futbolunda sülh istəyir. Biz UEFA ilə razılığa gəldik və qayıtmaq istəyirik. Superliqa klubları UEFA-ya qayıtmalıdır. “Barsa” UEFA ilə çox sıx əlaqə hiss edir", - “AS” Laportadan sitat gətirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью