“Barselona”nın prezidenti: Yamal dahi futbolçudur

16.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta komandanın gənc futbolçusu Lamin Yamal barədə danışıb.

AZƏRTAC xəbər verir ki, funksioner vinger haqqında xoş sözlər deyib: “Yamal dahi futbolçudur və parlaq oyunçular qrupunun bir hissəsidir. Komandaya rəhbərlik edir, hər matça diqqətlə yanaşır".

Kataloniya klubu ötən gün La Liqanın 36-cı turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gələrək İspaniya çempionu olub.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm 53 oyunda 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью