“Barselona”nın qapıçısı sıradan çıxdı

17.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Barselona”nın qapıçısı sıradan çıxdı

“Barselona”nın qapıçısı Joan Qarsiya sıradan çıxıb.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

İspaniyalı qolkiper La Liqanın 7-ci turunda sentyabrın 19-da “Sevilya” ilə keçiriləcək oyunda iştirak etməyəcək. Onun beynəlxalq fasilənin sonuna qədər bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Qarsiya La Liqanın 6-cı turunda “Rasinq”lə matçın fasiləsində əvəzlənib. “Barselona” həmin görüşdə 7:2 hesablı böyükhesablı qələbə qazanıb.

Xatırladaq ki, 6 turdan sonra 18 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” 15 xalla ikinci pillədə yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью