Barselonanın qeydiyyatdan keçirə bilmədiyi futbolçu Milanın hədəfində

05.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona" Dani Olmonu qeydiyyatdan keçirə bilmədiyi üçün futbolçu mövsümün ikinci yarısındakı oyunlarda iştirak edə bilməyəcək.

Sportal.az xəbər verir ki, ispan hücumameyilli yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirə bilər. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Yaranmış vəziyyətdən yararlanmağa çalışan "Milan" Olmonu heyətinə qatmaq istəyir. "Qırmızı-qaralar" 26 yaşlı oyunçunu icarəyə götürmək üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Barselona" Dani Olmonu mövsümün əvvəlində "Leypziq"dən transfer edib. İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью