Barselonanın qış planı açıqlandı: Əlacsızlıqdan...

18.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona" rəhbərliyi qış transfer pəncərəsi zamanı hazırkı heyəti dəyişmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Yanvar ayında "Barsa" fövqəladə hal baş verməsə, oyunçu almayacaq və ya satmayacaq. Eyni zamanda, klub hətta transferə çıxarmaq istədiyi futbolçuları da buraxmaq niyyətində deyil.

"Barselona"nın bu qərarı klubun iqtisadi vəziyyətinin əlverişsiz olması ilə izah olunur. Bu səbəbdən lazımi mövqeləri gücləndirmək mümkün deyil.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью