Barselonanın seriyasına son qoyulub

11.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Real Sosyedad" La Liqa matçında minimal hesablı qələbə ilə "Barselona"nın seriyasına son qoyub.

Apasport.az xəbər verir ki, matçda yeganə qol 33-cü dəqiqədə vurulub.

Kataloniyalılar 70% topa sahib olsalar da, rəqib qapısına yol tapa bilməyiblər.

Hans-Diter Flik-in rəhbərliyi altında "blaugrana" ilk dəfə bir matçda qol vura bilməyib.

Belə hal sonuncu dəfə martda Xavi Hernandezin rəhbərliyi zamanı baş vermişdi. “Barselona” “Atletik Bilbao” ilə qolsuz bərabərə qalmışdı.

Məğlubiyyətə baxmayaraq, Flikin komandası 13 turdan sonra La Liqanın turnir cədvəlində liderliyini qoruyub. Bir oyun az keçirən "Real Madrid" liderdən 6 xal geri qalır.

“Qalatasaray” və “Fənərbaxça”dan qələbə Könül Mehdiyeva Çempionlar Liqasının oyununa təyinat alıb “Mançester Siti”dən ardıcıl 4-cü məğlubiyyət “Trabzonspor” yenə xalsız qaldı Vinisiusdan het-trik, “Real”dan qələbə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью