Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real Madrid” “Barselona”nın 2001–2018-ci illər aralığında qazandığı 33 titulun ləğv edilməsi tələbi ilə çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisi qalmaqallı “Neqreyra işi” çərçivəsində UEFA-ya təxminən 50 min səhifəlik geniş dosye təqdim edib. Tələb olunan titullara 9 La Liqa, 8 İspaniya Superkuboku, 6 Kral Kuboku, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 3 FIFA Klublararası Dünya Kuboku daxildir.
Hazırda UEFA təqdim edilən sənədləri araşdırır və məsələ ilə bağlı yekun qərarını hələ verməyib. Əgər pozuntular sübuta yetirilərsə, “Barselona”nın Avropa turnirlərindən kənarlaşdırılması ən ehtimal olunan sanksiyalar arasında göstərilir. Dominos pizza