“Barselona”nın transferdə əsas hədəfi odur

18.02.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Barselona" "Bayer"in futbolçusu Florian Virtslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" portalı məlumat yayıb.

Mənbənin xəbərinə görə, Kataloniya klubunun yay transfer dönəmində əsas hədəfi Virtsdir. İspaniya təmsilçisinin nümayəndələri artıq bu transfer üçün danışıqlara başlayıb.

Virtslə "Real" və "Mançester Siti" də maraqlanır.

Florian bu mövsüm 35 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью