Barselonanın ulduzu bir də gələn il oynaya biləcək

16.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Leqanes"ə uduzduqları La Liqanın XVII turunun oyununda xəsarət alan vingerin sağ topuğunda 1-ci dərəcəli zədə aşkarlanıb.

Qeyd edək ki, "Barselona" "Leqanes"ə 0:1 hesabı ilə məğlub olub. /Report

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью