Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın yarımmüdafiəçisi Rodri zədə səbəbindən Bakıda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Sağ budunun arxa əzələsindən zədə alan 30 yaşlı futbolçunun bərpa prosesi gözləniləndən yaxşı getsə də, Kataloniya klubu onun tam hazır olmadan meydana çıxmasını istəmir.
İspaniyalı yarımmüdafiəçinin “Sabah”la matçdan sonra komanda məşqlərinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Barselona” görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb Suares: “Yamalı Messi ilə müqayisə etmək düzgün deyil” Arda Gülər daha 6 il "Real"da - RƏSMİ Skaloni: “Messinin bunu anlaması hamı üçün nümunədir” Dünya və Avropa çempionu butslarını mismardan asdı