futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona” 23 yaşlı yarımmüdafiəçisi Pedrinin ümumi məşqlərdə görünməməsi haqqında yayılan xəbərlərə münasibət bildirib. Son günlər mətbuatda futbolçunun zədələndiyi və bu səbəbdən mövsümün startını buraxacağı barədə iddialar yer almışdı.
Futbolpress.az xəbər verir ki, Kataloniya klubu sosial şəbəkə hesablarında yayılan məlumatları təkzib edib. “Göy-qırmızılar” gənc yarımmüdafiəçinin səhhətində heç bir problemin olmadığını, sadəcə mövsümöncəsi hazırlığın ilk günlərini xüsusi proqram üzrə keçirdiyini vurğulayıblar.
Pedri 2020-ci ildən “Barselona”nın şərəfini qoruyur. İspaniyalı futbolçu ötən mövsüm katalanların heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.